
Rusiyanın Tümen vilayətinin Lenin rayon məhkəməsi bir qrup azərbaycanlı barəsində həbs-qət imkan tədbiri çıxarıb.
Məlumata görə, adı gedən cinayətdə Azərbaycan vətəndaşları Əbdürrəhman Əbdürrəhmanov, Məhyəddin Hüseynov, Vüqar Vəliyev, Seymur Mehdiyev, Ədilxan Kərimov, Rövşən Daşdəmirov, Oruc Məmmədov və daha 7 nəfər ittiham olunur. “Rodniki Sibiri” etiketi adı altında istehsal olunan saxta araqlar nəticəsində ölənlərdən başqa onlarla adam da zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır. Hətta sağalsalar belə ömürlük kor qalacaqlar.