Sankt-Peterburq şəhərində Rusiyanın Müdafiə Nazirliyinin “Mixaylovsk hərbi artilleriya akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz – mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar.
Dövlət İmtahan Komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına “magistr” dərəcəsi verilib.

İstinadlar Report