Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə “Cairo24” telekanalı məlumat yayıb.

Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report