Fevralın 4-də Türkiyənin Biləcik şəhərində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı Mirsani Seyidov ağır yaralanıb.

Biləcik Şeyx Ədabalı Universitetində təhsil alan gənc yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib.

Mərhum universitetin Mühəndislik Fakültəsinin Mexanika Mühəndisliyi Bölümündə təhsil alırmış. 14 fevralda imtahan verdikdən sonra məzun olacaqmış.

Qeyd olunur ki, M. Seyidovun idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə zamanı avtomobildə Seyidovla birlikdə daha iki nəfər olub. Onlar qəza zamanı yüngül xəsarət alıblar.

İstinadlar Qafqazinfo