Kabardin-Balkar İxracın Dəstəklənməsi Regional Mərkəzi Azərbaycan sahibkarlarının iştirakı ilə revers biznes missiyası hazırlayır.
Biznes missiyası dekabr ayına planlaşdırılıb.
Məlumata görə, görüş çərçivəsində Azərbaycandan olan alıcı şirkətlərin nümayəndələri yerli sahibkarlarla tanış olacaqlar, əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Onlar üçün iş prosesi ilə tanış olmaq məqsədilə istehsal müəssisələrinə ekskursiyalar təşkil ediləcək, məhsullar sınaqdan keçiriləcək.