“Environmental Protection First” (EPF) Koalisiyasının üzvü olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.

O, Vərəmlə bağlı Baş Assambleyanın Yüksək Səviyyəli görüşündə Ermənistanın qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.

P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib: “Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq transsərhəd çayları çirkləndirir. İnsan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik”.

İstinadlar Report