Türkiyənin Bursa şəhərində aralarında bir azərbaycanlının da olduğu 5 nəfərdən ibarət cinayət dəstə yaxalanıb.

Özlərini telefonda “prokuror” və “polis” kimi təqdim edən dəstə üzvləri 74 və 64 yaşlı iki şəxsi aldadaraq 368 min lirələrini (təxminən 100 min AZN) əllərindən alıblar.

Fırıldaqçılar “polis” və ya “prokuror” adı ilə qurbanlara zəng edərək bankdakı pullarının FETÖ terror təşkilatı tərəfindən istifadə edildiyini bildiriblər. Daha sonra həmin şəxslərin hesablarından çıxardıqları pulları görüş yerində alaraq yoxa çıxıblar.

Dəstə üzvləri polisin növbəti qurbanla birgə işbirliyi sayəsində ələ keçiblər. Onların arasında S.Z adlı 26 yaşlı azərbaycanlı da olub.

Polisdə ifadələri alındıqdan sonra məhkəmənin hökmü ilə 5 nəfər haqqında həbs qərarı verilib.


İstinadlar "Qafqazinfo"