Məşhur türkiyəli müğənni Bülənt Ərsoya Nigar adlı azərbaycanlı pərəstişkarı tərəfindən bahalı üzük hədiyyə edilib.

Türkiyə mətbuatı xəbər verir ki, Bostancı Mərkəzində ötən gün keçirilən konsertdə müğənniyə bağışlanan üzüyün qiyməti 100 min dollardır. Qiymətli hədiyyənin brilyant və sapfir qaşlardan hazırlandığı deyilir.

B. Ərsoy hədiyyəyə görə Nigar adlı xanıma təşəkkür edərək zinət əşyasını çox bəyəndiyini bildirib. Lakin sənətçi üzüyün qiymətini açıqlamayıb: “Qiymətini burada deyə bilmərəm. Amma mən bahalı hədiyyəyə layiq deyilməmmi? Bu üzük çox bahalı hədiyyədir”.

İstinadlar virtualaz