Azərbaycanlı gəncin hazırladığı oyun Appstore’da  yüklənmələrə görə dünya reytinqinə yüksəlib.

16 yaşlı azərbaycanlı gənc Sahib Zülfiqar IT sahəsində çox böyük istedada malikdir. O, dəfələrlə müxtəlif IT müsabiqə və yarışmalarda ilk yerləri tutmuş ve gənc yaşına baxmayaraq, artıq 6 mobil oyunun müəllifidir.

Birinci oyunu 13 yaşında hazırlayaraq Appstore və Google play platformalarında yerləşdirib, Həmin oyun Appstore’da on minlərlə dəfə yüklənərək reytinqdə 8-ci olub. Bu günlərdə isə Sahib Azərbaycanı dünyada təbliğ edən “Cirtdann”adlı yeni bir oyun təqdim edib. Oyunda milli nağıl personajımız, milli attributlarımız, yəni milli bayrağımız, milli geyimimiz, milli papaq, alov məşəli  və s. yer alıb. ‘Cirtdann’ oyunu IOS ve Android platformalarında mövcuddur və minlərlə oyunun içində Appstore-da 21-ci yerə çıxıb. Artıq ‘Cirtdann’ oyununu Londonda, Cenevrədə , Moskvada, Hindistanda, Türkiyədə, ABŞ-da oynayırlar və bu oyun vasitəsi ilə Azərbaycanımızı daha yaxından tanıyırlar. Bir faktı da qeyd edək ki , pandemiya dövrünə qədər,  Sahib təhsil aldığı doğma 23 nömrəli məktəbdə şənbə-bazar günlərində könüllü olaraq 10-14 yaşlı uşaqlara robototexnika və proqramlaşdırmanın  ilkin mərhələlərindən dərslər keçib.