Gürcüstanın Hərbi Polisi Krtsanisi hərbi hissəsində əsgər Kazım Qəhrəmanovun döyülməsinə görə 2 nəfəri saxlayıb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

İki nəfərin saxlanılması Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcək.

Tbilisi Şəhər Məhkəməsinin bu gün saxlanılan şəxlər barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

“Report” bildirir ki, saxlanılan şəxslərin K.Qəhrəmanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərməklə pul tələb etmələri müəyyən olunub.

İstinadlar virtualaz