Ötən gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmış “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmi bu gün Qabonun “Gentil” limanında lövbər salıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu özünün tvitterdəki səhifəsində bildirib.

“Gəmimiz saat 11:00-da Qabonun “Gentil” limanında lövbər salıb”, – deyə nazir qeyd edib.

Adil Karaismayıloğlu hadisə zamanı həlak olan azərbaycanlı dənizçiyə rəhmət diləyib. O, qeyd edib ki, 15 dənizçinin Türkiyəyə qayıtması üçün bütün imkanlar səfərbər edilib.

İstinadlar Report