Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunu öldürən kişi bu gün Boronej şəhərindəki evlərdən birində saxlanılıb.

47 yaşlı qatil cinayət əməlini etiraf edib.

Qətlin sifarişli, qatilin isə peşəkar olduğu bildirilir.

Qeyd edək ki, Arif Hüseynovun cəsədi yanvarın 31-dən fevralın 1-nə keçən gecə Karqopolsk rayonunda tapılıb. Hüseynov beş ölümcül güllə yarası alıb ki, bunlardan biri onun başına dəyib.

İstinadlar Qafqazinfo