Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində birgə istehsalla bağlı müzakirələr aparılıb.

Bu barədə Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovla Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün arasında Dohada keçirilmiş görüşdə qeyd olunub.

Bildirilib ki, görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

İstinadlar Report