Azərbaycanla Rusiya arasında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş təsdiq edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Saziş 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanıb.