Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin hazırlanması üzrə işlərin gələn il yekunlaşacağı gözlənilir.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının İdarə Heyətinin sədri Azər Əkbərov deyib.

Onun sözlərinə görə, hazırda tərəflər 15 və daha çox məhsullar və xidmətlər üzrə vergi və gömrük imtiyazlarının tətbiqini nəzərdən keçirirlər.

“Bura əczaçılıq, tekstil, kənd təsərrüfatı kimi sahələr daxildir. Müzakirələr zamanı onların sayı azala və ya arta da bilər. Paralel olaraq Azərbaycandan Pakistana ixrac olunan neft və kimya sənayesi məhsullarına qarşı analoji imtiyazların tətbiq olunması da danışıqlar predmetidir. Azərbaycan ötən il Pakistana 28 adda mal nomenklaturasına daxil olan məhsul ixrac edib ki, bunun da 82 %-i karbamidin, 14 %-i isə aviasiya yanacağının payına düşüb. Ukrayna-Rusiya münaqişəsi və son olaraq Yaxın Şərqdəki gərginlik fonunda enerji daşıyıcılarının bahalaşması səbəbindən hazırda Pakistan neft və neft məhsullarının yüksək qiymətə alır. Vergi və gömrük imtiyazlarının tətbiqi Azərbaycandan idxalı əlverişli etməklə bizim həmin bazardakı payımızı artıra bilər”,- deyə o qeyd edib.

İstinadlar Report