“Azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər də iştirak etməyə hazırdırlar”

Bunu Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza martın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə bildirib.

“İki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensial mövcuddur”, – general vurğulayıb.