“Ümid edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin katolikosu II Qareginin nüfuzu Qarabağda uzun müddət davam edən münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

Bunu Moskva və bütün Rusiya Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Qarabağa dair üçtərəfli görüşünü açarkən deyib.

“İnanıram ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna müsbət şəkildə təsir edə biləcək və inanıram ki, bugünkü görüş və  aranızdakı dialoq hər kəs üçün nümunə olacaq”, – deyə Patriarx Kirill qeyd edib.

İstinadlar Qafqazinfo