“Çin Azərbaycanla birlikdə tarixi İpək Yolunu bərpa etməlidir”.

Bunu “Report”a açıqlamasında Çin Xalq Siyasi Məşvərət Konfransı Milli Komitəsinin, həmçinin İpək Yolu Maliyyə Korporasiyasının İdarə Heyətinin üzvü Li Şan bildirib.

“Qədim İpək Yolu Azərbaycandan keçir. Bu səbəbdən Azərbaycan Mərkəzi Asiyada ən vacib strateji ölkələrdən biridir və bu, İpək Yolu layihəsinin həyata keçirilməsi üçün çox mühüm amildir. Azərbaycan Çinin Qərbinə çox yaxın olduğu üçün tarixi və mədəni əlaqələr yüksək səviyyədədir”, – deyə o qeyd edib.

Çin rəsmisinin sözlərinə görə, ölkəsi Azərbaycanla birlikdə qədim İpək Yolunu təkrar inşa edə bilər: “Bunun üçün Çinin yerli hökuməti aktiv olmalıdır. Həmçinin yerli oyunçular arasında logistik şirkətlər də var. İpək Yolunu təkrar bərpa etməkdə məqsədlərdən biri də həmin şirkətlərə və iqtisadiyyatın inkişafına dəstək olmaqdır”.

İstinadlar Qafqazinfo