Azərbaycanın Baş naziri Novruz Məmmədov istefaya gedir. 

O, bu gün tutduğu postu tərk edəcək.

Onun yerinə isə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov  ​​​​təyin olunacaq.

Xatırladaq ki, Novruz Məmmədov  2018-ci il aprel ayından Baş Nazirdir.

***

Milli Məclisin bu gün saat 12:00-da keçiriləcək iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.