
Azərbaycanın xilasediciləri Kahramanmaraşın Heydər Əliyev prospektində axtarış-xilasetmə əməliyyatları keçirir.
Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Fevralın 7-də şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.
Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin Heydər Əliyev prospektindəki binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.
Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.