
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanmış Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.
Dünən günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşən Azərbaycanın xilasediciləri bu gün Kahramanmaraşa gəliblər.
Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.