Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir yaşlı qadının meyitini çıxarıb.

Azərbaycan xilasediciləri tərəfindən şəhərin Təhsili Mərkəzi prospektindəki binaların dağıntıları altında aşkarlanan qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

İstinadlar Report