Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir gəncin meyitini çıxarıb.

FHN-in xilasediciləri şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan 15 yaşlı oğlanın meyitini aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

İstinadlar Report