Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.

Bu barədəə Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək.

“Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq”, – P.Nurəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

İstinadlar Report