
Azərbaycanın Ukraynadakı səfiri Yuri Husyev çexiyalı həmkarı ilə qarşıdakı Ukrayna üzrə Sülh Sammitini müzakirə edib.
Bu barədə ukraynalı diplomat sosial şəbəkədə bildirib.
“Çexiyanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Milan Sedlaçek ilə məhsuldar görüş keçirdim. [Görüşdə] Ukrayna-Çex Respublikası əlaqələrinin inkişafı və sabah İsveçrənin Bürgenştok şəhərində keçiriləcək Qlobal Sülh Sammiti ətrafında fikir mübadiləsi aparılıb”, – Husyev qeyd edib.