
“Azərbaycanın İrandakı Səfirliyi yaxın zamanlarda yenidən fəaliyyətə başlayacaq”.
Bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin Avrasiya idarəsinin direktoru Müctəba Dəmirçilu açıqlayıb.
Onun sözlərinə görə, səfirliyin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.