
Sloveniyanın Maribor şəhərində yerləşən “Dobrava” memorial-park kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycan parlamentinin üzvləri, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Hikmət Məmmədov və Sevinc Fətəliyeva ilə birlikdə Maribordakı “Dobrava” memorial-park kompleksində 1992-ci ildə erməni hərbçiləri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayət – Xocalı qətliamı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyduq”, – paylaşımda qeyd edilib.