Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.

Bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib.

Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov fevralın 5-də “Bakı City Hospital”a aparılmışdı.