Azərbaycanın qeyri-neft məhsullarının Latviyaya ixracı müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə müzakirələr nazir müavini Sahib Məmmədovla Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.