Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev Qars Bələdiyyəsinin sədri Ötüken Şengeri ziyarət edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi, yerli idarəetmə səviyyəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qars Bələdiyyəsinin sədri Ö.Şenger Azərbaycanın Türkiyə üçün yalnız dost və müttəfiq deyil, həm də qardaş ölkə olduğunu vurğulayıb. Qarsın tarixi-coğrafi mövqeyinə görə Azərbaycanla dərin əlaqələri olduğunu xatırladan Ö.Şenger bu əlaqələrin inkişafı üçün hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.

İstinadlar Report