AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Türkiyə HHQ-yə məxsus 4 “F-16” təyyarəsi patrul xidməti üçün Rumıniyaya göndərilib
  • İsrail XİN İspaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
  • Nərgiz Absalamova saxlanıldı
  • Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib
  • “Bu mədəniyyət hələ valideynlərdə formalaşmayıb”
  • “Vasmoy” bazarı ləğv olunur
  • Ceyhun Bayramov həmkarları ilə görüşdü – Fotolar
  • BƏƏ-də iqlim dəyişikliyi üzrə konfrans keçirilir
  • Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru İsrailə gəlib
  • Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək?
  • Ceyhun Bayramov həmkarları ilə görüşdü – Fotolar
  • Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək?
  • Paşinyana sui-qəsd hazırlamaqda təqsirləndirilən İrəvanın keçmiş merinin həbs müddəti uzadılıb
  • Nazir işlətdiyi ifadəyə aydınlıq gətirib
  • Növbəti bu fənn müəllimləri sertifikasiyadan keçiriləcək
  • “8-ci km Ticarət Mərkəzi” ləğv olunur
  • “Etik prinsipləri qorumalıyıq”
  • Gələn ildən Qarabağ Universitetinə qəbul mümkün olacaq
  • Nazarbayev nikahdankənar iki oğlunun olduğunu etiraf edib
  • İsveç XİN başçısı: “Biz Ermənistan və Azərbaycanın Avropa İttifaqının köməkliyi ilə dialoq aparmasını təşviq edirik”
  • Qazax görüşündə bu məsələlərlə bağlı razılığa gəlinib
  • Numan Kurtulmuş: “İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin ratifikasiya prosesi davam edir”
  • ABŞ-nin həyasız hay qisası…
  • Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər verilib
  • Xaçınçay su anbarına balıq körpələri buraxılıb – Fotolar
  • Netanyahu Yerusəlimdə baş verən terror aktında HƏMAS-ı günahlandırıb
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video
27/09/2023 19:30
DİN kibercinayətlərlə bağlı daha bir video yaydı
30/11/2023 13:50
Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO
30/11/2023 00:53
Bu yoldan keçənlər cərimələnəcək – Video
29/11/2023 23:23
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
29/11/2023 22:09
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
29/11/2023 15:41
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO
28/11/2023 23:25
Bu rayonlara qar yağdı – Video
28/11/2023 10:29
Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO
28/11/2023 08:59
Vətəndaşlığını təsdiq edən sənədi yoxdur, ailəsini görə bilmir – Video
28/11/2023 04:50
Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO
26/11/2023 10:24
Vilayət Eyvazov sıra baxışı keçirdi – Video
25/11/2023 11:02
Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video
25/11/2023 10:42
Liderlər Bakıdan belə yola salındı – Video
25/11/2023 07:47
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO
24/11/2023 12:00
FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video
24/11/2023 11:37
Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video
24/11/2023 08:38

Video xəbərlər

  • Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
  • “Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video
  • Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
  • Sənədsiz tikililər söküldü – Video
  • Bakıda “07” yandı – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

04/12/2023
13:59 Bu mərkəzi küçələrdə dəyişiklik edildi – Fotolar
13:50 Qazaxıstan və İran ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətindədir
13:47 İran XİN rəhbəri Rusiyaya gedir
13:41 Ötən ay Azərbaycan sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb
13:38 MSK sədrinə yeni səlahiyyət verildi – Fərman
13:37 Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
13:35 Laçında 4 avtomat, 5 tapança aşkarlanıb
13:29 Almaniya şirkəti Ukraynaya 142 milyon avro dəyərində artilleriya mərmiləri tədarük edəcək
13:26 KİV: Ərdoğan Yunanıstana səfər edəcək, tərəflər ən azı 20 saziş imzalayacaq
13:23 Azərbaycanla Çin arasında energetika sahəsində əməkdaşlığa dair Memorandum təsdiqlənib
13:20 Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon ayrıldı – Sərəncam
13:14 Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb – Fotolar
13:11 İrəvan və Moskva Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər
13:08 ABŞ və Avstraliya hipersəs silahları sahəsində birgə sınaqlar keçirəcək
12:56 Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”
12:53 Sabah yağış yağacaq
12:47 Sahibkarlığın İnkişafı Fondu 10 ayda Naxçıvanda 1,4 milyon manatdan çox güzəştli kredit verib
12:42 Dubaydakı Azərbaycan Ticarət Evi yeni ünvana köçüb
12:41 XİN rəsmisi: “Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir”
12:39 İsrail ərazisi Livandan minaatanlarla hücuma məruz qalıb, 3 hərbçi yaralanıb
12:38 “Pandemiya təhlükəsini görmürük” – Nazir
12:35 Britaniyanın ixrac üzrə dövlət naziri Bakıda birgə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək
12:35 Ukraynalı ekspert: “Ölkəyə hərbi yardımın göndərilməsi ilə bağlı problemlər mövcuddur”
12:32 Əyləncə, öyrənmə və təxəyyül məkanı “The Entertainer”i “Bravo”da qarşılayın! – Fotolar
12:23 Yaponiyada ABŞ hərbi təyyarəsinin qəzaya uğradığı yerin yaxınlığında 5 nəfərin qalıqları tapılıb
12:17 Luqanska dronlarla hücum olub, neft anbarı vurulub
12:16 ANAMA rəsmisi: “Minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıyıq”
12:14 Beş rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb
12:10 Məşhur şirkətlərin silah satışından əldə etdikləri gəlirlər açıqlanıb
12:07 Ermənistanda qızılcaya yoluxanların sayı 513-ə çatıb
12:05 Ermənistanda hərbçi naməlum şəraitdə yaralanıb
11:56 MİT PKK-nın PUA-lara məsul şəxsini məhv edib
11:47 İsrail ordusu Qəzzada 200-ə yaxın hədəfə zərbələr endirib
11:44 İki hərbçimizin ölməsinin detalları açıqlanıb – Rəsmi
11:31 Bakıda avtoqəza nəticəsində işıqfor dirəyi və idarəetmə qutusu sıradan çıxıb
11:29 “LİNKS Europe” təşkilatının direktoru: “Minasız Cənubi Qafqaz üçün addımlar atmalıyıq”
11:23 Çin Avropa İttifaqı ilə sammitin keçiriləcəyini təsdiqləyib
11:20 Hafiz Səfixanov: “Ermənilər işğal dövründə nəinki Ermənistan, hətta İranla sərhədi belə minalayıb”
11:14 Azərbaycan fevralda Rusiyada beynəlxalq qida və içki sərgisində iştirak edəcək
11:05 “Brent” markalı neft ucuzlaşıb
10:56 Elçin Ağacanov məhkəmə zalından azadlığa buraxıldı
10:49 Azərbaycan və ispan memarlar azad edilmiş ərazilərdə birgə layihə həyata keçirəcəklər
10:47 Ermənistanda müxalifətin etiraz aksiyası başlayıb
10:44 “100 mindən artıq şagird innovativ təhsilə cəlb edilib”
10:41 Hindistana məxsus hərbi təyyarə qəzaya uğrayıb
10:35 Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başladı
10:29 Bakıda erməni diversantın məhkəməsi başlayıb, iş üzrə 5 zərərçəkmiş var
10:28 Nazir Məcnun Məmmədov sahibkarlarla görüşüb
10:02 BƏƏ-də COP28 çərçivəsində Azərbaycanın mina probleminə dair tədbir keçirilib
09:50 BQXK: “Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir”
09:41 İndoneziyada  vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb
09:40 Gəncə sakini intihar edib
09:38 Zirzəmidə damarlarını kəsərək intihar etdi
09:37 Ombudsman: “Ermənistan hələ də mina xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir”
09:35 Ötən gün vətəndaşlardan 2 avtomat, 3 qumbara 14 tüfəng götürülüb
09:32 15 yaşlı qız itkin düşdü
09:29 İki hərbçi faciəvi şəkildə öldü
09:26 Si Cinpin Lukaşenko ilə görüşüb
09:14 Ərdoğan Yaxın Şərqdəki durumu müzakirə etmək üçün Qətərə gedir
08:59 Rusiya hərbçiləri ilk dəfə Amerika PDM-ni qənimət kimi götürüb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Multimedia 27/09/2023 19:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Multimedia 30/11/2023 13:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb.

Videoçarxda insanların dələduzların qurbanı olmaması üçün kartın 16 rəqəmini, bitmə tarixini, CVV və 3D kodunu heç kimə verməməsi bildirilib.

Qeyd edək ki, son vaxtlar ölkədə internet üzərindən dələduzluq və oğurluq hadisələrinin sayı artıb. Cinayət qurbanı olan şəxslər tez-tez sosial şəbəkələrdə başlarına gələn hadisələrlə bağlı paylaşım edirlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Multimedia 30/11/2023 00:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 2 il ötür.

Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu;

12. leytenant  Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Oxumağa dəyər:   Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu yoldan keçənlər cərimələnəcək – Video

Multimedia 29/11/2023 23:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

4 xətt üzrə-7A, 7B, 11 və 93 nömrəli avtobusların yolu 1,3 kilometr qısaldılıb.

Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.

Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Ziya Bünyadov prospekti, Ayna Sultanova istiqamətində yerləşdirilən işıqfor yalnız avtobuslar üçün nəzərdə tutulub.

Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər 40 manat cərimə edilirlər.

Xezerxeber-az mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Multimedia 29/11/2023 22:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indi Ermənistan ərazisi kimi qələmə verilən, Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərindən biri olan Barana rayonu haqqında süjet hazırlanıb.

“Baranlı sülaləsinin adı ilə bağlı olan rayon” adlı süjetdə 200 ildən çoxdur erməni millətçiliyindən qidalanan vandal, barbar, şovinist siyasətin tərkib hissəsini, qədim Azərbaycan tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək, erməniləşdirmək təşkil etdiyi bildirilir.

Qeyd olunub ki, Barana Qərbi Azərbaycanda, indiki Ermənistanda, Dağ Borçalının Loru mahalında qədim ərazi olub. Barana Yelizavetpol, yəni Gəncə quberniyasının Qazax-Şəmşəddil qəzasında, əvvəl Barana, sonra Noyemberyan adlanan rayonda kənd və rayon mərkəzi hesab olunub. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana ərazisinin adı Baranlı sülaləsi ilə bağlıdır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi də qeyd olunur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barana kəndi qeyd olunur.

Oxumağa dəyər:   Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilib

Vurğulanıb ki, ermənilər bu rayonun adını da saxtalaşdırmaqla qədim oğuz-türk izini itirməyə çalışıblar:

“Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il fərmanı ilə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Noyemberyan qoyulub. 1937-ci ildən bəri rayonun inzibati mərkəzi İncəsu, Barana olub və 1971-ci ildə bura qəsəbə statusu verilib. Buradan İrəvan şəhərinə olan məsafə 187 kilometr təşkil edir”.

Diqqətə çatdırılır ki, bu ərazidə daim azərbaycanlılar yaşayıb və zaman-zaman deportasiyaya məruz qalıblar:

“Oğuz türkləri 1988-ci ildə Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi kimi doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bununla da ermənilər yer-yurd adlarını dövlət səviyyəsində saxtalaşdırmaq üçün özlərinə daha əlverişli şərait yaradıblar.

Barana rayonu üzrə 16 tarixi yer adı dəyişdirilib. Ötən əsrin 90-cı illərin əvvəllərində əraziyə ermənilər tərəfindən Tavuş adı verilib. Tavuş indiki Ermənistanın Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan-Tavuş rayonlarının birləşdirilməsi nəticəsində 1995-ci il 7 noyabr tarixli Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunla mərzlik kimi formalaşıb. İndiki Ermənistanın şimal-şərqində yerləşən mərzliyin inzibati mərkəzi Karvansara, yəni İcevan şəhəridir. Mərzliyə Dilican şəhəri, Barana, yəni Noyemberyan-Tavuş, Karvansara, yəni İcevan və Şəmşəddil, yəni Berd rayonları daxildir”.

Oxumağa dəyər:   Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası, izitirmə planı bugünədək davam edir:

“Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim isti saxlayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   Qatar yoluna çıxan 25 yaşlı qadın öldü

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Multimedia 29/11/2023 15:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib.
Hərbi hissələrin əməliyyat planlarının hazırlanması, aidiyyatı üzrə əmrlərin çatdırılması, eləcə də bölmələrin idarə olunması və aşkar olunmuş hava düşməninin məhv edilməsi üçün verilən məlumatların müasir texniki vasitələr üzərindən bölmələrə çatdırılması məşq etdirilib.

Oxumağa dəyər:   Netanyahu Yerusəlimdə baş verən terror aktında HƏMAS-ı günahlandırıb

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.

Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və mexanikləşdirilmiş bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum tapşırığını icra edib. Burada əsas diqqət düşmənin təminat yollarının və ehtiyatlarının yaxınlaşma istiqamətlərini görən hakim yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimin yekununda qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO

Multimedia 28/11/2023 23:25
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır” adlı veriliş efirə gedib.

Verilişdə Zəngəzur boyunca və əsasən Ermənistanın Azərbaycanla sərhəd kəndlərin sürətlə boşalmasından, rəsmi İrəvanın Qarabağdan köçən erməniləri Zəngəzur boyunca yerləşdirmək istəyindən, ağır iqtisadi və sosial vəziyyətə görə gələn ermənilərin daha çox xarici ölkələrə üz tutmasından bəhs olunur.

Bildirilir ki, müharibədən istifadə edib sərhəddə Azərbaycan kəndlərinin torpaqlarını istifadə edən ermənilər indi bu əraziləri tərk edirlər:

“Əslində bu ərazilər 1991-ci ilə qədər Azərbaycanın olub və buna siyasi don geyindirməklə ermənilər iqtisadi böhranın mahiyyətini gizlətməyə cəhd edirlər”.

Verilişdə Qafanın Çakaten kəndinin sakinləri ağır həyatları, sosial vəziyyətlərinin çətinliyini erməni jurnalistinin reportajında dilə gətirilir. Onların sözlərinə görə, gənclər kəndi çoxdan tərk ediblər, köçün səbəbi işsizlikdir, burada ancaq yaşlı insanlar qalıblar.

Oxumağa dəyər:   Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilib

Qeyd olunur ki, Ermənistanda ciddi müzakirə olunan mövzu Azərbaycan anklavlarının qaytarılmasıdır. Söhbət Qazax rayonunun Yeddi kəndi və Naxçıvan Kərki kəndindən gedir. Kərki Şimaldan Cənuba doğru uzanan əsas magistral yolunun üstündə yerləşdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir.

Son vaxtlar 2020-ci ildə köçmüş Qarabağ ermənilərini bu kəndə yerləşdiriblər. Halbuki bütün dövrlərdə bu kəndlərdə azərbaycanlılar yaşayıblar. 1991-ci ildən səkkiz kəndi işğal edən Ermənistan buraya erməniləri yerləşdirib. Müzakirələrin qızışdığı bir vaxtda erməni jurnalistlər Kərki kəndində vaxtaşırı olub, sakinlərin bu kəndin Azərbaycana qaytarılması məsələsinə münasibət öyrənirlər.

Ermənilər Kərki kəndinin adını dəyişib Tiqranaşen qoymaqla kəndi qaytarmaq istəmədiklərini bildirirlər:

“Adamlar 30 ildir bu kənddə yaşayırlar. Biz özümüzə hər cür şərait yaratmışıq, hara gedək?! İndi hakimiyyət bu balaca kəndi saxlaya bilmirsə, İrəvanı necə saxlayacaq?! Tamamilə məyus olmuşuq. Ailəm ilə birlikdə kimsəsiz adaya köçməyi arzu edirəm. Bizim hakimiyyət Qarabağı təhvil verdi. Mən də Qarabağdanam. Hamımız “bomj” statusuna düşmüşük. Ölkədəki vəziyyət dəhşətlidir, siz hansı sülhdən danışırsınız?! Bu reallıqda yaşamaqdansa, ölmək yaxşıdır. Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə! Hamımız Ermənistanı tərk edəcəyik”.

Oxumağa dəyər:   Ceyhun Bayramov həmkarları ilə görüşdü - Fotolar

Sonda vurğulanır ki, onilliklər boyunca yalan vədlər verən, düşmənçilik hissi ilə yaşayan ermənilərə baxmayaraq, sülh istəyənlərin də sayı az deyil:

“Anklavların qaytarılması ilə bərabər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsini erməni ictimaiyyətinin qəbul edəcəyi gerçəklikdir. Əks halda regionda tam sülh və dinc yaşama cəhdləri bəhrə verməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   İlin son ayının hava - Proqnozu

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu rayonlara qar yağdı – Video

Multimedia 28/11/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14 sm, Şahdağ, Altıağacda 13 sm, Gədəbəydə 11 sm, Xaltan, Sarıbaşda (Qax) 10 sm, Göygöldə 4 sm, Əlibəydə (Zaqatala) 3 sm olub.

Düşən yağıntının miqdarı: Sarıbaş (Qax) 15 mm, Altıağacda 14 mm, Xaltanda 12 mm, Oğuzda 11 mm, Qrızda 10 mm, Şəkidə 9 mm, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8 mm, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qərb küləyi arabir Gəncədə 30 m/s, Naftalanda 26 m/s, Ağdamda 25 m/s, Mingəçevirdə 21 m/s, Tərtər, Yardımlı, Daşkəsəndə 20 m/s, Lerik, Bərdədə 19 m/s, Şəki, Biləsuvar, Gədəbəydə 18 m/s, Zaqatalada 17 m/s, Bakıda və Abşeron yarımadasında 30-32 m/s-dək güclənib.

Oxumağa dəyər:   Ceyhun Bayramov həmkarları ilə görüşdü - Fotolar

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

Hadisə 28/11/2023 08:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ötən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.

Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Nəsimi rayonu, Azadlıq prospekti, 88 ünvanında yerləşən iyirmiikimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

Bundan başqa, xilasedicilər tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 20 ünvanında doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb və Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, bina 79a ünvanında yerləşən iyirmibirmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin eyvanında asılı vəziyyətdə qalmış metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətəndaşlığını təsdiq edən sənədi yoxdur, ailəsini görə bilmir – Video

Multimedia 28/11/2023 04:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya vətəndaşı olan Arif İbrahimov adlı şəxs vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün problemlərlə üzləşib.

Bu barədə “ATV Xəbər”də süjet yayımlanıb.

Məlum olub ki, o, 1986-cı ildən Rusiyada yaşayıb. Lakin 2009-cu ildə Azərbaycana səfər etməli olub. A. İbrahimov bu zaman qısamüddətli məhbus həyatı yaşayıb.

Məhkumluq həyatı bitsə də, o, indi Rusiyaya, ailəsinin yanına qayıda bilmir. Buna səbəb isə vətəndaşlığını təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsidir.

Ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO

Hadisə 26/11/2023 10:24
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9mm-lik mərmi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Multimedia 25/11/2023 11:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Multimedia 25/11/2023 10:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.

Bu barədə qurumdan məlumat verilib.

2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.

Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.



InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liderlər Bakıdan belə yola salındı – Video

Multimedia 25/11/2023 07:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev də iştirak edib.

Görüşdən sonra prezidentlər Dağüstü parkla yanaşı, Bakının bir sıra maraqlı yerlərini gəzdiblər.

Axşam saatlarında isə liderlər qaravol dəstələrinin müşayiətilə yola salınıblar. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Multimedia 24/11/2023 12:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.

Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib.

Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.

İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq – BMT və Yeni Kaledoniya – bayraqları da qaldırılıb.

Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanlarındadır, neokolonializmlə mübarizəyə dəstək olur.

Qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.

Oxumağa dəyər:   Xaçınçay su anbarına balıq körpələri buraxılıb - Fotolar

“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur”, – Prezident İlham Əliyevin müraciətində deyilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Multimedia 24/11/2023 11:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin iştirakı ilə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanında yerləşən BEGOC Biznes Mərkəzində “İnzibati binalarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxumağa dəyər:   Bakıda 10 yaşlı şagird qızılcadan öldü

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Multimedia 24/11/2023 08:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, müəssisə ərazisində həcmi 10 ton olan çəndə əmələ gələn texniki qüsur nəticəsində təxminən 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanır.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 30/11/2023 13:50

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Read more
Multimedia 30/11/2023 00:53

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Read more
Multimedia 29/11/2023 23:23

Bu yoldan keçənlər cərimələnəcək – Video

Read more
Multimedia 29/11/2023 22:09

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Read more
Multimedia 29/11/2023 15:41

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Read more
Multimedia 28/11/2023 23:25

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO

Read more
Multimedia 28/11/2023 10:29

Bu rayonlara qar yağdı – Video

Read more
Hadisə 28/11/2023 08:59

Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

Read more
Multimedia 28/11/2023 04:50

Vətəndaşlığını təsdiq edən sənədi yoxdur, ailəsini görə bilmir – Video

Read more
Hadisə 26/11/2023 10:24

Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO

Read more
Multimedia 25/11/2023 11:02

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Read more
Multimedia 25/11/2023 10:42

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Read more
Multimedia 25/11/2023 07:47

Liderlər Bakıdan belə yola salındı – Video

Read more
Multimedia 24/11/2023 12:00

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Read more
Multimedia 24/11/2023 11:37

FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Read more
Multimedia 24/11/2023 08:38

Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Read more
Multimedia 23/11/2023 20:47

Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO

Read more
Multimedia 23/11/2023 12:12

Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO

Read more
Multimedia 23/11/2023 11:05

Rəşad Dağlının həmin gün dedikləri – İlk video

Read more
Multimedia 23/11/2023 09:50

Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar

Read more
Multimedia 23/11/2023 08:20

Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +

Read more
Multimedia 23/11/2023 01:05

Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video

Read more
Multimedia 22/11/2023 18:20

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO

Read more
Multimedia 21/11/2023 17:35

FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video

Read more
Multimedia 21/11/2023 12:17

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video

Read more
Multimedia 21/11/2023 09:50

Bu rayonlarımıza qar yağıb – Video

Read more
Multimedia 20/11/2023 12:24

Uşaq bağçasında təlim – Video

Read more
Multimedia 20/11/2023 12:11

Aylıq 604 manatdan başlayan ödənişlə premium mənzilə sahib olmaq imkanı var – VİDEO

Read more
Hadisə 19/11/2023 14:50

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib – VİDEO

Read more
Hadisə 19/11/2023 11:17

NZS qəsəbəsində fərdi yaşayış evində yanğın olub – VİDEO

Read more
Multimedia 19/11/2023 09:38

Kəndin adını dəyişdiriblər, sakinlərin xəbəri yoxdur – Video

Read more
Multimedia 18/11/2023 13:11

Sexdəki yanğın təhlükəsi aradan qaldırıldı – Video

Read more
Multimedia 18/11/2023 08:05

Kəndlərdə niyə bankomatlar yoxdur? – Video

Read more
Multimedia 18/11/2023 06:26

6 dəqiqəlik səhnəyə 6 ilini sərf etdi – Video

Read more
Multimedia 17/11/2023 21:11

Cari ilin yanvar-oktyabr ayları ərzində görülən işlər “Açıq qapı”da açıqlandı – VİDEO

Read more
Multimedia 17/11/2023 13:02

FHN yanğın-taktiki təlim keçirib – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla