Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov bildirib ki, müvəkkilinin cinayət əməlinin olması təsdiq olunmur və özünü 181-ci maddə ilə təqsirli bilmir.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

İstinadlar Report