Azərbaycanın nümayəndə heyəti İranın yeni Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.

Bu məlumatı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz tvitter hesabında paylaşıb.

“Qonşuların dostluq və qardaşlıq əlaqələri daimidir”, – deyə Musəvi məlumatda vurğulayıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavini də daxil olmaqla, bir sıra diplomatlar daxildir.

 

İstinadlar Qafqazinfo