
Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 45 min 71,95 ton neft koksu ixrac edib.
Bu həcmdə neft koksunun dəyəri 14 milyon 445,51 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,3 % az və 2,6 dəfə çoxdur.
Ötən üç ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,23 % olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.