Bu ilin yanvar-avqust aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 56 % artaraq 605,4 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 383,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,3 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 46,5 % artaraq 931,6 milyon manat olub.

İstinadlar Report