2007-ci ildən bəri Azərbaycan BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birlikdə 60-a yaxın layihə icra edib.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev FAO-nun Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilmiş regional seminarda bildirib.

Onun sözlərinə görə, ölkədə aqrar sektorun inkişaf etdirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi, ən yaxşı təcrübələrin ölkədə tətbiqi hər zaman mühüm əhəmiyyət kəsb edir: “Bu istiqamətdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində bir çox uğurlu layihələr icra edilib. Bu layihələr çərçivəsində transsərhəd xarakterli heyvan və bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri, biik və bacarıqların artırılması məqsədilə kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti, aqrar siyasətin və institusional çərçivənin gücləndirilməsi, habelə kənd yerlərinin səmərəli maliyyələşməsi metodologiyası prioritet istiqamətlər kimi müəyyən edilib, ölkənin ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkluziv inkişafı, aqrar siyasətinin təkmilləşdirilməsi, təbii resursların səmərəli idarə olunması sahələrində nəzərəçarpacaq müsbət nəticələr əldə olunub”.

İstinadlar Report