Azərbaycanın daimi nümayəndəsi, səfir Qalib İsrafilov Bioloji Silahlar Konvensiyasının fəaliyyətinin nəzərdən keçirilməsi üçün təşkil edilən 9-cu icmal konfransının açılışında çıxış edib.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyi tviter səhifəsində məlumat yayıb.

“Azərbaycanın daimi nümayəndəsi, səfir Qalib İsrafilov Bioloji Silahlar Konvensiyasının fəaliyyətinin nəzərdən keçirilməsi üçün təşkil edilən 9-cu icmal konfransının açılışında ümumi müzakirələr zamanı Qoşulmama Hərəkatı adından bəyanatla çıxış edib”, – paylaşımda qeyd edilib.

İstinadlar Report