Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

Məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Yeni Baş Nazir hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan Əli Əsədov olacaq.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

MM-in iclasında daha 13 məsələ də müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.

İstinadlar Report