Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən İran vətəndaşı tutulub.

Məlumata görə, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə İnterpol vasitəsilə axtarışa verilən 1979-cu il təvəllüdlü Bahar Pour Soheilinin İranda olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, İran vətəndaşı barəsində Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cinayət işi başlanılıb.

İstinadlar Qafqazinfo