Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli Vyanada Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşüb.

Bu barədə azərbaycanlı diplomat “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüş zamanı tərəflər IEA-nın fəaliyyətinə, enerji balansının şaxələndirilməsinə, bərpa olunan enerji mənbələrinin roluna və iqlim dəyişikliyi problemlərinin həllinə toxunublar.

İstinadlar Report