Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov monteneqrolu həmkarı ilə ölkələri arasındakı ikitərəfli münasibətləri, habelə yeni əməkdaşlıq fürsətlərini müzakirə edib.

Bu barədə Azərbaycanın Ankaradakı diplomatik missiyasının mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Səfir Rəşad Məmmədov Monteneqro səfiri Perişa Kastratoviçi qəbul edib. Görüşdə Azərbaycan və Monteneqro arasındakı ikitərəfli münasibətlər və yeni əməkdaşlıq fürsətləri ətrafında fikir mübadiləsi aparılıb”, – o qeyd edib.

İstinadlar Report