Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam qanunvericiliyinin pozulması ilə bağlı 84 müraciətə baxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.

Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə təmin olunan müraciətlərin sayı isə 2 dəfəyə yaxın artaraq 52-yə çatıb.

“Dövlət Xidmətinin reklam (açıq məkanda reklam istisna olmaqla) qanunvericiliyinə riayət olunması istiqamətində həyata keçirdiyi tədbirlər sahibkarlıq subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasına xidmət edir”, – deyə M.Abbasbəyli qeyd edib.

İstinadlar Report