
Macarıstan AB-nin Azərbaycan əleyhinə bəyanatlarına veto qoyub.
Bu barədə “Azad Avropa”nın redaktoru Rixard Yosef X sosial şəbəkəsində yazıb.
“Macarıstan Avropa Birliyinin beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin Azərbaycan əleyhinə birgə bəyanatını əngəlləyib”, – o bildirib.
Qeyd edək ki, Viktor Orbanın rəhbərliyi dövründə Macarıstan tarixi köklərinə qayıdır, Türk Dövlətləri Təşkilatında təmsil olunur, Azərbaycan və Türkiyə ilə çox yaxın münasibətlər saxlayır. Orban həmçinin Qərbin Ukraynadakı avantürasına etiraz edən və ölkəsini bu çirkin siyasi oyunlardan kənarda saxlamağa çalışan xətt yürüdür. Viktor Orban həm də 2012-ci ildə Ramil Səfərovu ömürlük həbsdən qurtararaq Azərbaycana təhvil verən siyasətçidir.