Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident Kasım -Jomart Tokayev müvafiq fərman imzalayıb.

Məlumata görə, eyni fərmanla Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

Qeyd edək ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb.