Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının dəstəyi və iştirakı ilə Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə BƏƏ-nin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.

Bu barədə Azərbaycanın İxracın və investisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Məlumata görə, ilkin mərhələdə bu il 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib.

İstinadlar Report