“Sosial şəbəkələrdə Azərbaycan HDQ komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır”.

Bunu Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

“Bildirirəm ki, 1-ci dərəcəli kapitan Eren Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir”, o bildirib.