“Azərbaycanda 4204 qəbiristanlıq var ki, bunun da 3268-i bələdiyyələrə təhvil verilib”.   

Bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin iclasında bildirib. 

Nazir müavini vurğulayıb ki, 900-dən artıq qəbiristanlıq hələ təhvil verilməyib: “Bunun da bir neçə səbəbi var. Əsas səbəb də xəritələrin tam dəqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb.

Xüsusilə də kənd yerlərində belə qəbiristanlıqlar ümumi istifadədə olub, bunun da nə qeydiyyatı var, nə də baxan olub. Ona görə də bu gün belə çətinliklər var. Tək-tük rayon İcra Hakimiyyətləri var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqətdə və nəzarətdədir”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo