2023-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 9,3 min nəfər İİV-lə yaşayan şəxs qeydiyyatda olub.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bildirilib ki, 8,7 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb edilib.

Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində Azərbaycanda insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır.

İstinadlar Qafqazinfo