Azərbaycandakı dini rəhbərlərdən bəyanat

“Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib”.

Bu fikirlər Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoryanlaşdırıb”.

Bəyanatda vurğulanır ki, Ermənistandan fərqli olaraq Azərbaycanda minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb.

Xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə ünvanlanan bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri

Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Alban-udi icmasının rəhbəri Robert Mobili imzalayıblar.

İstinadlar Qafqazinfo

right">
18:02 Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir
17:57 Tramp indi nə işlə məşğul olur?
17:52 ABŞ-da koronavirusdan ölənlərin sayı 410 mini ötüb
17:50 Daha bir hərbçimizin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi…
17:47 Ermənistan AES-in fəaliyyəti bir müddətə dayandırılacaq
17:42 İsrail Livana məxsus PUA-nı vurub
17:17 Qarabağda könüllü döyüşən erməni hərbçilər etiraz aksiyası keçirir
17:09 Kəmaləddin Heydərovun ölkədən 28 milyard çıxarması ilə bağlı qalmaqal böyüyür
17:02 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndindən görüntülər – VİDEO
16:52 Aida Mahmudovanın ABŞ-da ikinci sərgisi açıldı
16:50 Şəhidin arzusu ilə oğluna Rəsul adı verildi – Foto
16:42 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər barədə məlumat yayıb
16:22 Rus milyarder universitetdən qovulan oğlunu belə cəzalandırdı
16:17 “LG” smartfon bazarını tərk etməyi planlaşdırır
16:12 BMqT-nin Azərbaycandakı nümayəndəsi: “Füzulidəki kimi dağıntı ilə heç bir yerdə rastlaşmamışam”
15:57 Böyük Britaniya Qarabağda qazanılan qələbə münasibətilə Azərbaycanı təbrik edib
15:54 Azərbaycan XİN: Prezident Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
15:52 Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15:47 XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
15:44