Azərbaycanda ilkin mərhələdə illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Imzalanma mərasimi 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri çərçivəsində baş tutub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, İsrailin “Granot International Agricultural Cooperative Society” LTD və “Agro Food Investments” MMC arasında ilkin mərhələdə 1 000 hektarlıq zeytun bağının salınması və illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

İstinadlar Report